7 yanvar 2011 00:11
XL-nın yeni transferi üçün 300 000 avro
`Xəzər Lənkəran`ın yeni transfer etdiyi futbolçular həmişəki kimi Rumıniya mətbuatının diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, bu ölkədən həmkarlarımız “ağ-yaşıllar”ın `Gloria`dan transfer etdiyi Adrey Mureşanla bağlı yeni faktlar açıqlayıblar.
Onların məlumatına görə, cənub təmsilçisi Mureşana görə onun klubuna 300 min avro xərcə düşüblər. Futbolçunun özünə isə hər ayı üçün 120-150 min avro ödəniləcək.
