7 yanvar 2011 12:23
Ramiz Məmmədovun komandası `Spartak`la qarşılaşmaq istəyir
Azərbaycanlı baş məşqçinin çalışdığı Qazaxıstanın `Atırau` klubu Moskva `Spartak`ı ilə yoxlama matçı keçirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Ramiz Məmmədovun komandasıyla moskvalılar arasında danışıqlar aparılır.
Çox güman ki, bu qarşılaşma `Atırau`nun `Xəzər Lənkəran`la sınaq matçından sonraya təsadüf edəcək. Həmyerlimizin komandasının Lənkəran klubuyla görüşü isə yanvarın 16-da baş tutacaq. Qeyd edək ki, `Atırau` hazırda Antalyada təlim-məşq toplanışındadı və bütün görüşlər də orda baş tutacaq.
