7 yanvar 2011 12:26
Qızlarımız yenə oglanlarla qarşılaşacaq
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Nizami rayon Uşaq Gənclər İdman Məktəbinin 1997-1998-ci il təvəllüdlü oğlanlardan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma yanvarın 9-da, saat 11:00-da, Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.
