8 yanvar 2011 13:04
Almaniya klubu millimizin hücumçusuyla müqavilə bağlayır (FOTO)
Almaniyanın `Fortuna` klubu İspaniyada keçirdiyi təlim-məşq toplanışına yekun vurub. Azerisport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Düsseldorf təmsilçisi baxışdan keçirdiyi azərbaycanlı futbolçu Murad Hüseynovu da heyətində saxlamağa qərar verib.
Serbiyanın `Mladost` klubunda çıxış edən millimizin yeni dağıstanlı üzvü `Fortuna`nın məşqçilər korpusu tərəfindən bəyənilib. Klub rəhbərliyi artıq tibbi müayinədən də keçirilən 21 yaşlı forvardla müqavilə bağlamağa hazırlaşır.
Klubun idman direktoru Verner Volf bu haqda mətbuata açıqlamasında belə deyib: “O, çox talantlı və hər gün inkişaf etməkdə olan bir hücumçudu. Bizə onu 3 ay ərzində komandaya daha yararlı hala gətirmək lazımdı. Murad Hüseynov artıq Azərbaycan pasportuna malikdir”.
