8 yanvar 2011 01:12
`Juventus` Luka Tonini də sıralarına qatdı
İtaliyanın A Seriyasında çıxış edən `Genoa` klubu aparıcı hücumçusu Luka Toniylə yollarını ayırmaq məcburiyyətində qalıb. Azerisport.az xəbər verir ki, buna onun karyerasını çempionatın daha iddialı təmsilçilərindən olan `Juventus`a keçməsi səbəb olub.
Turin təmsilçisi ölkə çempionatının son turunda komandanın əsas hücumçularından olan Fabio Kvalyarellanın uzun müddətə sıradan çıxması dəqiqləşən kimi dərhal ona əvəzləyici axtarışına çıxıb. Bu mənada onlar istəyinə tez çatıb və Toniyə ünvanladıqları təklifə dərhal razılıq cavabı alıblar. 33 yaşlı futbolçu `Juventus`la 2012-ci ilin iyununa kimi rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, vaxtilə `Fiorentina`nın heyətində parlayan Luka Toni Almaniyanın `Bayern` klubuyla yanaşı, A Seriyasında `Roma`nın da şərəfini qoruyub.
