8 yanvar 2011 13:16
`Bakı` türkiyəli mütəxəssis dəvət etdi
`Bakı` futbol klubunun yeniyetmə və gənc futbolçuları bu gündən başlayaraq iki gün ərzində dayanıqlılıq və qan testlərindən keçirilir. Azerisport.az xəbər verir ki, testlər klubun bazasında reallaşdırlır.
Analizlər İzmirin Ege Universitetinin spor eyitimi bölümündən dəvət edilmiş mütəxəssis doktor Faruk Turqay tərəfindən aparılır. Bu gün əvvəlcə əvəzedicilər, ardından isə U-17 komandanın üzvləri analoji testlərdən keçiriliblər. Yoxlamaların ikinci günü sürət və cəldlik vərdişi üzrə hesablama testi aparılacaq. Qeyd edək ki, Azərbaycanda ilk dəfə anoloji testlər ötən ilin avqust ayında 14 yaşlılar və əvəzedicilərdən götürülmüşdü.
Faruk Turqayın sözlərinə əsasən, bu testin nəticələri ilə ötən testin nəticələri müqaisə ediləcək. Beləliklə 6 ay ərzində baş vermiş dəyişikliklər analiz olunacaq. Testlərin nəticələrinə əsaslanaraq hər bir futbolçunun fiziki gücü və əzələ yüklənmələri təyin ediləcək. Bununla da hər bir yeniyetmədə bədənin qəbul etdiyi normadan artıq yüklənmə baş verməyəcək. Testlərin yekun nəticələri bir neçə gün ərzində açıqlanacaq.
