8 yanvar 2011 13:23
`Qarabağ` sabah Türkiyəyə yola düşür
`Qarabağ` artıq Premyer Liqanın qalan dövrünün hazırlıqlarına başlayır. Dekabrın 23-dən sonra istirahətə yollanan Ağdam klubu 2011-ci ildə ilk dəfə sabah bir araya gələcək.
Premyer Liqada yaranmış fasilə ilə əlaqədar komandaya verilən istirahətin müddəti sabah başa çatır. Qurban Qurbanovun yetirmələri bazaya toplaşacaq və təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Komanda saat 13:00-da Bakı–İstanbul–Antalya reysiylə qonşu ölkəyə gedəcək. Ağdamlılar Antalyada 5 ulduzlu `İC Santai` otelində məskunlaşacaq. Komandanın fevralın 5-nə kimi adıçəkilən məkanda çempionatın geridə qalan hissəsinin çalışmalarını yerinə yetirəcəyi gözlənilir.
