8 yanvar 2011 13:31
Cavadov: Daha nə gözləyə bilərik ki?
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsində həsr olunmuş turnirdə Çinə 3 cavabsız qolla məğlub olmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Əgər Vəli Qasımovun komandası bu gün Çinə 0:3 hesabıyla uduzursa, gələcəklə bağlı nə demək olar ki? Onların 18-19 yaşları var. Əgər həmin futbolçular çinlilərə problem yarada bilmirlərsə, daha futbolumuzun gələcəyindən nə gözləyə bilərik ki”?
