8 yanvar 2011 14:45
Flavinyo `Nefçti`nin düşərgəsinə qayıtdı
`Neftçi`nin braziliyalı futbolçusu Flavinyo Bakıya dönərək flaqmanın düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu münasibətlə klubun rəsmi saytına fikirlərini bildirib:
“Ayağımdakı zədəm sağalmaq üzrədir. Bir müddət əvvəl həkimlər zədəli ayağımdan gipsi açıblar. Artıq bərpa kursunu keçirəm. İnanıram ki, tezliklə sıraya dönəcəm. Təbii ki, əvvəl yüngül qaçışla kifayətlənəcəm. Sonra isə həkimlərin rəyinə əsasən komandamızın məqşlərinə qatılacam. İkinci dövrədə komandamın mövsümün sonuna qədər liderliyini qoruması üçün, əlimdən gələni edəcəm”.
