8 yanvar 2011 15:26
`Liverpool` baş məşqçisini qovdu
İngiltərə Premyer Liqasında işləri heç də qaydasında getməyən `Liverpool` rəhbərliyi nəhayət ki, uğursuz gedişata son qoymaq üçün baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Roy Hocsonla yollarını ayırmağa qərar verib.
Qarşılıqlı anlaşma ilə baş məşqçisiylə yollarını ayıran `Liverpool` rəhbərliyi artıq ona əvəzləyici də tapıb. Bu, komandanın əfsanələrindən biri olan Kenni Dalqlişdi. Onun mövsümün sonuna kimi komandanın sükanı arxasında qalacağı bildirilir.
