8 yanvar 2011 16:09

Arif Əsədov: `Karabükspor` bizimlə yoldaşlıq oyunu keçirmək istəyir

`Neftçi`nin baş məqşçisi Arif Əsədov Türkiyə səfəri ilə bağlı klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
 
- Arif müəllim  siz `Galatasaray`ın Antalyada təlim-məşq prosesini izlədiniz, İstanbul klubunun hazırlığı bizim klublarınkından nə ilə fərqlənir?
- Təşkilatı baxımdan heç bir fərq yoxdu. Mən əsasən onların taktiki məşqlərini izlədim. Deməliyəm ki, George Hacı öz sisteminə uyğun  məşqlər qururdu. Yəni hər məşqçi öz taktikasına görə məşq sistemi qurur, yəni əgər komanda meydana 4-4-2 taktikası ilə çıxırsa, taktikaya uyğun məşq keçir. Rumıniyalı mütəxəssis öz taktikasına uyğun hazırlıq keçirdi. Bu cəhətdən məşqi izləmək çox maraqlı idi. Ancaq qalan toplu və qızışdırıcı hərəkətlər, fərqli məşqlər bunların heç biri bizim məşqlərdən fərqlənmir. Təbii ki, daha aydın təsəvvürə malik olmaq üçün 3 gün ərzində təlim-məşq prosesini izləmək azdır.
 
- Azərbaycan Premyer Liqasında lider bir klubun baş məşqçisi kimi sizinlə maraqlanan olurdumu?
- `Galatasaray`ın məşqini izləmək üçün xisusi buraxılış olmalı idi. Komandanı birinci məşqi jurnalistlər üçün açıq oldu, qalan məşqlər isə qapalı məşqlər idi və mən bu məşqlərin hamısını izlədim. Klubun nümayəndələri, məşqçilər korpusu və bir neçə menecer Azərbaycan futbolu ilə, bizim çempionatımızın sistemi haqda maraqlanırdılar. Həmçinin onlar bizim futbolçulara böyuk maraq göstərirdilər. Bu bizim üçün sevindirici haldır. Əsasən, yığmamızın Türkiyə üzərində qələbəsindən sonra, `Neftçi`nin `Beşiktaş`la bərabərə qalması, `Neftçi`nin Türkiyə Super Liqasının komandası `Karabükspor`u məğlub etməsi orada bizim futbola olan marağı daha da artırıb. Türkiyədə artıq bizi tanıyırlar və bizim futbolun inkşafını qəbul etməyə başlayıblar. Orada olarkən bir neçə  türk kubunun rəsmiləri `Neftçi` barədə soruşurdular. `Karabükspor`un baş məşqçisi ilə söhbətim oldu və onlar bizimlə yoldaşlıq oyunu keçirmək istədiklərini bildirdilər.
 
- Arif müəllim, Hacı ilə məşq prosesi haqda, sistem və taktika barəsində hər hansı bir diskusiyanız oldumu?
- Hacı ilə mən sırf məşqlərin gedişi ilə bağlı diskusiya apardım. Hacı bizim futbol ilə maraqlanırdı, Azərbaycan çempionatının sistemi barədə soruşurdu. Hiss olunurdu ki, futbolmuz haqqında xəbəri var. Belə görünür ki, tanınmış məşqçilərin və futbolçuların Azərbaycana gəlməsi bizim üçün müsbət mənada bir reklamdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.