8 yanvar 2011 16:52
AZAL öz stadionunda məşqlərə yanvarın 12-də start verəcək
Təxminən yarımaylıq fasilədən sonra bu gün AZAL məşqlərini bərpa edib. Azerisport.az xəbər verir ki, yeni ildə komandanın ilk məşqi `Şəfa` stadionunda baş tutub.
Saat 13.00-da bir araya gələn Nazim Süleymanovun yetirmələri ayın 11-dək gündə bir dəfə meydançaya çıxacaq. AZAL yanvarın 12-dən 17-dək təlim-məşq toplanışına cəlb olunacaq və `Airport` otelində məskunlaşacaq. Komanda toplanış zamanı Şüvəlan stadionunda gündə iki dəfə məşq edəcək. Hazırlığın birinci mərhələsində iki yoxlama oyununda futbolçuların sınaqdan keçirilməsi də gözlənilir.
