8 yanvar 2011 19:33
Rəşad Sadıqov start heyətində meydana çıxdı, komandası qələbə qazandı
Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin `Eskişehirspor` klubu Superliqanın 2-ci dövrəsinə hazırlıq çərçivəsində bu gün ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası yeni ildəki ilk oyununu Almaniyanın 2-ci liqa təmsilçisi `Erzgebirge` klubuna qarşı keçirib və 2:1 hesablı qələbəyə sevinib.
Baş məşqçi Bülənt Uyğun Rəşad Sadıqova start heyətində yer verib: Atilla, Sezgin, Veysel, Sadıqov, Serdar, Bülent, Doğa, Alper, Erkan, Ümit Karan, Batuhan.
Qarşılaşmada hesabı ilk yarıda fərqlənən Ümit Karan açıb. Fasilədən sonra Almaniya təmsilcisi hesabı bərabərləşdirsə də, Pelenin fasilədən sonra vurduğu qol həmyerlimizin komandasına qələbə qazandırıb.
