8 yanvar 2011 11:43
Mahir Şükürova `Anji`də növbəti yaşıl işıq
Rusiyanın `Anji` klubunun yarımmüdafiəçisi David Sorayev komandasıyla yollarını ayırıb. Azerisport.az Mahaçqala klubunun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu 2010-cu ilin sonunda müqaviləsi başa çatdığından Krasnodar `Kuban`ına yollanıb.
Onun yeni klubuyla `2+1` sistemi ilə müqavilə bağlaması daha çox millimizin aparıcı üzvlərindən olan Mahir Şükürovun işinə yarayıb. Çünki Mahaçqala klubunda çıxış edən həmyerlimizin əsas heyətdə rəqabət apardığı əsas rəqiblərindən olan Davidin gedişi Şükürovun özünü möhkəmləndirməsinə səbəb olacaq. Qeyd edək ki, Sorayevdən öncə həmyerlimizin heç də isti münasibətlərə malik olmadığı məşqçi Andrey Qusin `Anji`ylə yollarını ayırmışdı.
