8 yanvar 2011 11:56
Edin Dzeko rəsmən `Manchester City`də
Almaniyanln `Wolfsburg` klubunun, həmçinin Bosniya və Herseqovina millisinin aparıcı hücumçusu Edin Dzeko bundan sonra karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, hələ ötən ildən İtaliyanın `Juventus` klubuna keçəcəyi gözlənilən futbolçu sonda `Manchester City`yə transfer olmağa razılaşıb.
Mançester təmsilçisində 10 nömrəli formanı geyəcək oyunçu, yeni klubu ilə 4.5 illik sözləşmə imzalayıb. Qeyd edək ki, son illərdə `Wolfsburg`da vurduğu qollarla daim bombardirlər sırasında qərarlaşan Dzeko Bundesliqanın cari mövsümündə də 17 qarşılaşmada 10 top vurmuşdu.
