8 yanvar 2011 00:01
Azərbaycan çempionu `Manisaspor`la heç-heçə oynadı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən son Azərbaycan çempionu `İnter` yeni ildə ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun Antalyadakı hazırlıq prosesi çərçivəsindəki ilk rəqibi Türkiyə Superliqasında çıxış edən `Manisaspor` olub.
Qarşılaşma tərəflərin sülh bağlamasıyla nəticələnib. Superliqa təmsilçisi “bankirlər”in qapısına erkən qol vurmaqla ilk hissəni üstün başa vurublar. Matçın sonlarında isə Elnur Abdulovun qolu ilə təmsilçimizin ilk oyunundan heç-heçə ilə ayrılmasına şərait yaradıb. Fasilədən sonra paytaxt klubunun məqşçilər korpusunun ehtiyat heyətin bütün üzvlərinə oynamaq şansı yaratdığını da vurğulayaq.
