8 yanvar 2011 00:07
Mirça Rednik: Çıxılmaz vəziyyətə düşmüşük
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik komandasına gətirmək istədiyi Çesinyanın transferinin düyünə düşdüyünü bildirib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bu haqda belə danışıb:
“Bu futbolçunun transferi hələ həllini tapmayıb. Biz çıxılmaz vəziyyətə düşmüşük. Məsələ burasındadı ki, mən sadəcə Çesinyanı istəmirəm. Onunla birgə Stefan Qreqoreni də almaq istəyirəm. Gözləyək, baxaq, bizim bu iş necə həllini tapacaq. Əgər bu transferlər baş tutmasa belə, problem olmaz. Başqa oyunçulara baxarıq”.
