8 yanvar 2011 12:28

Əsgər Abdullayev: Biz özümüz bu işdə maraqlı olmalıyıq

Azərbaycan yığma komandasının və AZAL-ın sabiq çalışdırıcısı Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi.
 
- 2010-cu il artıq arxada qaldı. Hansı hadisələr sizin üçün daha yaddaqalan oldu?
- Əlamətdar hadisələr çox olmadı. Ancaq `Qarabağ` bizi sevindirə bildi. Onlar Avropa Liqasında 3 mərhələ adladılar ki, bu da bizim futbolda bir ilk idi, yeni tarix yazdılar. Digər yaddaqalan hansısa hadisəni xatırlamıram.
 
- Hazırda hamını düşündürən əsas məsələlərdən biri də bizim mütəxəssislərin niyə ölkədən kənarda işləməməsidi. Nə problem var sizcə?
- Ən böyük problem reklam işləriylə bağlıdı. Bizim məşqçilərin nə reklamı var, nə də menecerləri. Onlar necə xarici klublarla danışıqlar apara bilərlər ki, reklam istəmirlər. İndiki dövrdə hər şey reklamdan asılıdı. Siz bilmirsiniz xaricdəki məşqçilərin menecerləri necə işləyirlər. Onlar öz müştərilərini necə lazımdı təqdim, reklam edirlər. Elə ölkəmizə də elələri az gəlmir. Buna görə də azərbaycanlı məşqçilər diqqətdən kənarda qalmış olur. Təkcə ölkə xaricində yox, həm də Azərbaycan miqyasında.
 
- Sizə hansısa xarici klubdan dəvət gəlib?
- Son bir ildə heç bir təklif almamışam. Yalnız `Olimpik`də (indiki AZAL – red.) çalışan dövrdə mənimlə bir klub maraqlanmışdı. Türkiyənin birinci divizion təmsilçisi idi. Ancaq mən onda həmin təklifi qəbul etmədim. Həmin il mənim komandam çempionluğa oynayırdı, sonda ikinci oldu. Buna görə də mən hər şeyi yarımçıq qoyub getmək istəmirdim. Türkiyə yeganə ölkədi ki, bizim məşqçilər özlərini göstərə bilərlər.
 
- Bəs siz niyə xarici menecerlərlə işləmirsiz?
- Məşqçilərin özləri bu işdə maraqlı olmalıdırlar. Biz menecerlərə hansı ölkələrdə, klublarda işləyə biləcəyimizi deməliyik ki, onlar da bu yolda bizlərə bələdçi olsunlar. Şəxsən mənim fikrimcə, bizdə əla mütəxəssislər var. Sadəcə onların reklam edəni yoxdu.
 
- Ramiz Məmmədovun `Atırau`ya gedişi haqda nə deyə bilərsiz?
- Onu təbrik etmək istəyirəm. Bu, bizim üçün yaxşı xəbərdi. Düşünürəm ki, xaricdə yeganə problem dil bilməməklə bağlı ola bilər. Ancaq Qazaxıstanda hər kəs rus dilində danışdığından, onun belə problemi də olmayacaq. Hesab edirəm ki, Ramiz Məmmədov ümidləri doğrulda bilər.
 
- Xarici məşqçilərdən hansıların Azərbaycandakı işini bəyənmisiz?
- Gizlətmirəm ki, komandasına nəticə verən məşqçilər olub. Lakin onlar Azərbaycan futboluna yeni heç bir şey verməyiblər. Çoxları bioqrafiyasına görə fərqlənir. Ancaq zaman göstərir ki, onlar ümidləri tam doğrultmur. Heç kimi keçmişinə güvənib, dəvət etmək olmaz.
 
- Siz birinci divizionda işləyərsiz?
- İş işdi. Baxır hansı klubda. Əgər komanda elə belə futbol oynamaq xatirinə meydana çıxırsa, o, mənlik deyil. Əgər klub Premyer Liqaya yüksəlmək istəyirsə, onda o komandanı götürərəm. Axı sən belədə sən sıfırdan komanda qurursan, necə deyərlər, yeni səhifə açmış olursan. Əgər mənə belə bir təklif gəlsə, fikirləşərəm.
 
- Öz keçmiş komandanızın çıxışı haqda nə deyə bilərsiz?
- AZAL mövsümə yaxşı başlayıb və düşünürəm ki, onlar bu gedişlə mükafatlar uğrunda mübarizə apara bilərlər. Fevralda onları çətin oyunlar gözləyir. Çox şeyi məhz həmin oyunlar həll edəcək. Və mən bir şeyi də əlavə etmək istərdim ki, AZAL-ı çempionatın sürpriz komandası hesab edənlərlə qətiyyən razılaşmıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.