8 yanvar 2011 00:28
Bahodir Nasimovun komandasından sürpriz nəticə
Qətərdə düzənlənən Asuya Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin açılış matçında `Neftçi`nin hücumçusu Bahodir Nasimovun komandası Özbəkistan yığması meydan sahibləri üzərində 2:0 hesablı qələbəyə sevinib.
AK-2011-in A qrupunda yer alan bu iki komandanın Dohadakı duelində Nasimovun həmyerlilərinə qələbə gətirən qollara 57-ci dəqiqədə Odil Axmedov və 77-ci dəqiqədə Server Ceparov imza atıb.
Qeyd edək ki, Bahodir öncə Qətərə aparılacaq ilkin heyətə salınsa da, məhz Dubay toplanışında zədələnməsi, onun siyahıdan çıxarılması ilə nəticələnmişdi.
