8 yanvar 2011 12:46
Mahir Şükürovun baş məşqçisi Bakıda
Rusiyanın `Anji` klubunun baş məşqçisi Hacı Hacıyev ölkəmizə səfər edib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu Mahaçqala klubunun təcrübəli çalışdırıcısı səfər çərçivəsində AFFA-da da olub, baş katib Elxan Məmmədovla görüş keçirib. Görüş zamanı əsas müzakirə mövzusu da məhz millimizin üzvü Mahirin `Anji`dəki karyerası olub.
