8 yanvar 2011 12:55
Vaqif Sadıqov: Rusiya klubuyla anlaşmaq üzrəyəm
Rusiyanın `Anji` klubunun baş məşqçisi Hacı Hacıyevlə AFFA-nın baş katibi Elxan Məmmədovun görüşündə milli komandamızın sabiq çalışdırıcılarından olan Vaqif Sadıqov da iştirak edib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssisin səfərində əsas məqsəd də məhz təcrübəli məşqçiylə bağlı olub:
“Bu görüş təsadüfən baş tutdu. Hacıyev Bakıya isirahət etməyə gəlmişdi və Məmmədovla görüşdü. Müxtəlif şeylərdən danışdıq, Mahir Şükürovun `Anji`dəki durumunu müzakirə etdik. Hacıyev artıq ölkəmizi tərk edib. Mənim yeni işimə gəlincə, bu, heç də `Anji`də olmayacaq. Sadəcə onu deyə bilərəm ki, bu, Rusiya klubudu. Hazırda klub prezidentinin qərarını gözləyirik. Ondan sonra mənim işimə aydınlıq gəlmiş olacaq”.
