9 yanvar 2011 00:54
Nazim Süleymanova Qazaxıstanın iki klubundan dəvət gəlib
AZAL-ın baş məşqçisi Nazim Süleymanov xarici klublardan təklif alsa da, hazırkı postunu tərk etmək haqda düşünmür. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Rusiya mətbuatına müsahibəsində maraqlı açıqlamayla çıxış edib:
“Dekabr ayında mənə Qazaxıstandan iki təklif var idi. Lakin mən AZAL-da qalmağa qərar verdim. Hansı ki, bu komandanı mükafatçılar sırasına çıxarmağa çalışıram. Buna baxmayaraq, analoji təklif Rusiyadan olsa, məmnuniyyətlə orda işləyərdim”.
