9 yanvar 2011 13:27
ŞOK: Çempionlar Liqasının oyununda rüşvət iddiası
UEFA Çempionlar Liqasının cari mövsümünün B qrupunda keçirilən `Schalke` (Almaniya) - `Hapoel` (Təl-Əviv, İsrail) matçıyla bağlı araşdırmalara başlanılıb. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanın danışılmış olması və xeyıi rüşvət verildiyi aşkarlanıb.
Qeyd edək ki, ötən il oktyabrın 20-də ÇL-in qrup mərhələsi çərçivəsində Almaniyada baş tutan bu görüşdə `Schalke` `Hapoel` üzərində 3:1 hesablı qələbəyə sevinib. Lakin məhz bu oyunla bağlı Asiyada bukmeker kontorlarından birinə `Schalke`nin qələbəsi üçün 12 milyon avro pul yatırılması şübhələrə yol açıb.
Məhz bundan sonra həmin qarşılaşmada Təl-Əviv təmsilçisinin bəzi oyunçularının satın alındığı iddia olunmağa başlayıb. İddialarda o da bildirilir ki, bu karşılaşmada forma geyən `Hapoel`in müdafiəçisi Duqlas da Silvaya bukmeker mafiyası tərəfindən şantaj tətbiq olunub. Lakin aparılan araşdırmaların bütün bu faktları nə dərəcədə təsdiqləyib-təsdiqləməyəcəyini zaman göstərəcək.
