9 yanvar 2011 15:18
Tağızadə yenə yığmamızın ən yaxşısı oldu (FOTO)
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə bu gün son oyununu keçirən 19 yaşadək futbolçulardan ibarət yığmamızın İtaliya ilə görüşünün ən yaxşı oyunçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq hər oyunda komandaların ən yaxşı futbolçusunu müəyyənləşdirən təşkilatçılar bu dəfə təmsilçimizin heyətində yenə Ruslan Tağızadə fərqlənib.
Maraq üçün qeyd edək ki, U-19-un kapitanı olan bu oyunçu Çin ilə keçirilən görüşdə də komandamızın ən yaxşısı olmuşdu. Lakin həmin oyunda komandamız 3 cavabsız qolla məğlub olmuşdu.
