9 yanvar 2011 15:57
Vəli Qasımov: Daha yaxşı yerə layiq idik
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə İtaliya ilə qarşılaşan və qələbə qazanan 19 yaşadək futbolçulardan ibarət yığmamızın çalışdırıcısı Vəli Qasımov oyunla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonrakı mətbuat konfransında millimizin çalışdırıcısı bunları söyləyib:
“Bəli, həqiqətən bu gün mənim komandam meydanda daha cəld və parlaq təsir bağışlayırdı. Biz hiss edirdik ki, italyanlar yorulublar. Mən hələ oyundan öncəki tapşırıqlarımda uşaqlara bildirmişdim ki, onlar müdafiədən hücuma bir qədər ləng çıxırlar. Bu gün isə onlarda nəsə alındı. Ümumiyyətlə, bizdə çox gənc komandadı. Daha dəqiqiq, bu uşaqlarla hələ yenicə işləməyə başlamışıq. Bir-birimizi təzəcə tanıyırıq. Bizdə inkişaf üçün perspektiv var. Bu turnirdə isə bizim bir qədər bəxtimiz də gətirmədi. Yığmamız daha yaxşı yer tuta bilərdi”.
