9 yanvar 2011 17:27
Starkov artıq `Bakı`yla müqavilə bağlamağa hazırdı
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov Bakıya gəlib. Azerisport.az xəbər verir ki, onun bu gün paytaxt klubunun baş meneceri Zeynal Məmmədovla görüşü nəzərdə tutulub.
Görüş zamanı Starkovun `Bakı`yla müqaviləsinin detalları və transferlər barədə müzakirələr aparılacaq. Artıq müqavilənin bütün detallarının razılaşdırıldığı iddia olunur. Sadəcə hazırda müqavilənin müddətini tam dəqiqləşdirmək və ona imza atmaq qalır. Starkov özü uzunmüddətli müqavilə bağlamağın əleyhinə deyil. Bu gün paytaxt klubunun rəhbərliyinin yeni çalışdırıcısı ilə bütün detalları dəqiqləşdirəcəyi gözlənilir.
