9 yanvar 2011 17:38
Yığmamızın Sankt-Peterburq səfəri başa çatdı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirdəki çıxışını başa vurdu. Azerisport.az xəbər verir ki, bu gün 7-ci yer uğrunda keçirilən qarşılaşmada futbolçularımız İtaliya üzərində qələbə qazandılar.
Əsas vaxtı 2:2 hesabı ilə başa çatan görüşdə qalibi turnirin əsasnaməsinə uyğun olaraq, penalti seriyası müəyyənləşdirdi ki, 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən yığmamız ümumi nəticədə 7:5 hesabı ilə qələbə qazanaraq, 7-ci yeri tutdu. Oyunsonrası penalti seriyasında Kərim Diniyev, Mehdi Rəsulov, Aleksandr Qross, Emin İbrahimov və Ruslan Tağızadə zərbələri sərrast vurublar. İtaliya yığmasında isə Qreqorio Luperininin zərbəsindən sonra top qapının üstündən keçib.
İtaliya U-19 – Azərbaycan U-19 - 2:2 (3:5 – pen.)
Qollar: Emmanuello Simone, 6, Valerio Verre, 67 – pen. // Ruslan Cəfərov,6, Aleksandr Qross, 72.
Sarı vərəqələr: Daniele Abraççiante, 60, Monakello Qaetano, 83 // Ruslan Cəfərov, 18, Ruslan Tağızadə, 36, Azər Abbasov, 80.
Baş hakim: Dmitri Vesyolov
Baş hakimin köməkçiləri: Anton Silkin, İqor Suxaryonok
Dördüncü hakim: Viktor Budanov (Hakimlər briqadası Rusiyadandır)
9 yanvar 2011-ci il. Sankt-Peterburq, İdman Konsert Kompleksi. 300 tamaşaçı
İtaliya: 12. Alessio Kranyo (1. Matteo Riççi, 70), 2. Andrea Konti, 16. Flavio Çiançi (15. Rikkardo Fokesato, 85), 13. Luka Piana, 6. Daniele Ruqani, 4. Simone Pasa (k) (5. Qreqorio Luperini, 67), 8. Valerio Vere, 14. Emmanuello Simone, 18. Daniele Abraççiante (11. Qaetano Monakello, 78), 7. Lorenso Tassi (10. Cüzeppe Fornito, 55), 17. Matteo Kolombi (9. Matti Madjio, 34).
Baş məşqçi: Paskuale Salerno
Azərbaycan: 1. Rəşad Əzizov, 3. Azər Abbasov, 5. Kərim Diniyev, 6. Ruslan Tağızadə (k), 7. Nurlan Novruzov (10. Emin İbrahimov, 78), 8. Akif Tağıyev (20. Mehdi Rəsulov, 88), 11. Rizvan Umarov, 14. Ruslan Cəfərov, 17. Aleksandr Qross, 9. Elşən Abdullayev, 18. Fuad Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Tural Hümbətov, 15. Elçin Hüseynov, 16. Ruslan Bədəlov, 19. Məqsəd İsayev.
Baş məşqçi: Vəli Qasımov.
