9 yanvar 2011 18:12

“Bizdə İspaniya, Ukrayna, Rusiya modelini tətbiq etmək faydasızdı”

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirə görə Rusiyaya yollanan 19 yaşadək futbolçulardan ibarət yığmamızın çalışdırıcısı Vəli Qasımov qonşu ölkə mətbuatının diqqət mərkəzində qalmaqda davam edir. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı rusiyalı həmkarlarımıza daha bir maraqlı müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
 
- Karyeranızı bitirdikdən sonra sizin həmişəlik İspaniyada qalacağınız güman olunsa da, Azərbaycana qayıtdınız. Buna nə səbəb oldu?
- Sevilyada mənim üçün hər şey yaxşı idi. Hələ Portuqaliyada olarkən məşqçilik lisenziyası almışdım ki, öncə 12 yaşlı uşaqlarla çalışmağa başladım, ardından 18 yaşlıları mənə həvalə etdilər. 2008-ci ildə isə `Neftçi` məni idman direktoru vəzifəsinə dəvət etdi. Həmçinin uşaq futboluna nəzarəti də mənə həvalə etmişdilər.
 
- Orda İspaniya modelini qurmağa çalışırdınız?
- Bakı nə Sevilya, nə Xarkov, nə də Moskvadı. İspaniya, Ukrayna, Rusiya modelini Azərbaycanda tətbiq etmək əbəsdi. Burda daha çox yerli mentalitetə uyğun bir sistemdən istifadə etmək lazımdı. Bəli, fiziki göstəricilər uşaqlarda bir qədər fərqlidi. Bu, Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə də diqqət çəkir. Biz Peterburq futbol məktəbinin yetirməsi olan 4 futbolçunu da sıralarımıza cəlb etmişik. Onlar daha çox fiziki göstəricilərinə görə fərqlənirlərsə, Bakıdan olan oyunçular da texikasıyla seçilir.
 
- Belə demək olar ki, siz məşqlərdə əsasən öz metodikanızdan yararlanmağa çalışırsız?
- Bir sıra ölkələrdə futbol oynamaq, bir neçə əla mütəxəssislə birgə çalışmaq istər-istəməz hər kəsin yadında nələrinsə qalmasına səbəb olur. Öz bildiklərimi, öyrəndiklərimi tədris etməyə çalışıram. Hansı ki, mənə də `Metallist`də, `Spartak`da, `Dinamo`da, `Betis`də öyrədiblər.
 
- Siz demisiz ki, Rusiya Premyer Liqasında çalışmağın əleyhinə deyilsiz …
- Hər şey ola bilər. Ancaq hələlik yaxın gələcəkdəki bütün planlarım Azərbaycanla bağlıdı. Bizim yığmamız dünya və qitə çempionatlarının seçmə mərhələlərində elə də uğurlu çıxış etmir. İstəyirəm ki, yığmamızın səviyyəsini dünya reytinqində Lixtenşteyndən daha yaxşı səviyyəyə qaldırım.
 
- AFFA rəhbərliyi yığmanızda braziliyalıların, ukraynalı Aleksandr Çertoqanovun, serbiyalı Branimir Subaşiçin çıxış etməsi kimi problemin həllinə çalışırmı?
- Bütün bu futbolçular Azərbaycan çempionatında çıxış edir. Onlar hamısı millinin məşqçilər korpusunun gözü qarşısındadı. Şübhəsiz ki, onlara ilk təklif milli rəhbərliyi tərəfindən gəlir, milliləşməyə isə məhz onların öz razılığı lazımdı. Buna əksər ölkələrdə rast gəlmək olar. Hətta Almaniya, İspaniya, İtaliya kimi futbol ölkələrində də bu metoddan yararlananlar var. Lakin buna baxmayaraq, biz də çalışırıq ki, bütün milli üzvləri ancaq yerli futbolçular olsun.
 
- Sevilyadan Bakıya qayıtdıqdan sonra uyğunlaşmaqda probleminiz olmadı ki?
- Mən 14 il özümü ona hazırlamışam ki, harda oldu yaşaya bilim. Bu gün mən hətta Çində də yaşayaram. Amma təbii ki, öz evinə qayıtmaq tam fərqli bir hissdi. Düzdü, mən Ukrayna, Rusiya, İspaniyanı çox sevirəm. Amma Azərbaycan mənim evimdi. Bu gün Bakı əsl müasir şəhərdi. Heç bir problemim yoxdu və sevimli işimlə məşğulam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.