9 yanvar 2011 18:40
“Azərbaycana necə uduzduqsa, eyni şəkildə də hər kəsi yenə bilərik”
Türkiyə Superliqasının lideri olan `Trabzonspor`un bu uğurunda pay sahibi olan Burak Yılmaz və qapıçı Onur Kıvrak qardaş ölkə mətbuatına iddialı açıqlamalar veriblər. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan “ay-ulduzlu” yığmadakı islahatları dəyərləndirən gənc futbolçulardan Burak bunları dilə gətirib
“Məni milliyə çağırmaqla böyük şərəf verdilər. Mən də bunun müqabilində əlimdən gələni edəcəyəm. Milli komandaya getdim əlimdən gələni etdim, edəcəyəm də. Çox yaxşı oyunşulardan qurulmuş komandamız var. Doğma meydanda da, səfərdə də hər rəqibimizə qalib gələ bilərik. Azərbaycana necə uduzduqsa, eyni şəkildə də hər kəsi yenə bilərik”.
Onur Kıvrak da gələcəklə bağlı ümidli danışıb: “Milli komandada həyata keçirilən islahatlar baş məşqçimizin qərarıdı. Hollandiya ilə yoldaşlıq matçında görüldü ki, çox yaxşı oynadıq. Əsas odu ki, çox yaxşı oyunşularımız var. Qrupdan çıxa, Almaniya və Belçikanı məğlub edə bilərik”.
