9 yanvar 2011 18:52
`Bakı`nın 2 futbolçusu hərbi xidmətə yollandı
`Bakı`nın iki futbolçusu hərbi xidmətə yollanıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun milliyə də dəvət alan hücumçusu Bəxtiyar Soltanovla müdafiəçi Emin Cəfərquliyev artıq vətənin keşiyində durmaq üçün hərbi xidmətə çağırılıb.
Lakin hələlik onların nə vaxta kimi hərbi xidmətdə qalacağı müəyyənləşməyib. Paytaxt klubuyla yanaşı `Neftçi`, `Xəzər Lənkəran` və `Qarabağ`ın da bir neçə gənc futbolçusunun əsgərliyə yollanacağı bildirilir.
