9 yanvar 2011 21:20
`İnter` Qazaxıstan klubuna qalib gəldi (YENİLƏNİB)
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən son Azərbaycan çempionu `İnter` bu gün növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, “Birlik Kuboku”na hazırlaşan paytaxt klubunun yeni ildəki növbəti rəqibi Qazaxıstanın yüksək liqasında mübarizə aparan `Taraz` komandası olub.
İlk hissəsi 1:1 hesabıyla başa çatan görüşün ikinci hissəsində Azərbaycan çempionu daha bir qol vurmaqla qələbə qazanıb - 2:1. "Bankirlər"in heyətində Rövşən Əmiraslanov və Girts Karlsons fərqlənib.
Xatırladaq ki, yanvarın 7-də paytaxt komandası ilk yoldaşlıq matçını Türkiyə Superliqasında mübarizə aparan `Manisaspor`a qarşı keçirmiş və meydandan sülhlə (1:1) ayrılmışdı.
