9 yanvar 2011 13:39
Yığmamız İtaliya üzərində qələbə qazandı (YENİLƏNİB)
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun rəhbərlik etdiyi 19 yaşlılardan ibarət yığmamız da 7-8-ci yerlər uğrunda keçirilən oyuna çıxıb.
Öz qrupunda 4-cü yeri tutduğu üçün mükafatlar uğrunda mübarizə aparmaq hüququnu itirən təmsilçimizin rəqibi isə digər yarımqrupda eyni uğursuzluğu yaşamış İtaliya yığması olub. Bakı vaxtı ilə saat 11:30-da başlayan günün ilk görüşünün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Oyunsonrası penalti zərbələrini isə yığmamız dəqiq yerinə yetirib. Beləliklə, İtaliyanın son pillədə qaldığı turnir futbolçularımız üçün 7-ci yerlər başa çatıb. Digər mükafatçılar isə bu gün keçiriləcək növbəti oyunlardan sonra müəyyənləşəcək.
İtaliya – Azərbaycan – 2:2 (penaltilərlə 3:5)
Qollar: Emmanuello, 6, Verre, 67-pen - Ruslan Cəfərov, 41, Aleksandr Qross, 72.
