11 yanvar 2011 11:58
İngiltərə federasiya kubokunda sürpriz nəticələr (YENİLƏNİB)
İngiltərə Federasiya Kubokunda 3-cü mərhələnin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə keçirilən çoxsaylı qarşılaşmalar içində əsas diqqətçəkən məqam Premyer Liqa təmsilçilərindən olan `Newcastle`, `Sunderland`, `Blackpool` və `West Bromwich`in aşağı liqa təmsilçilərinə məğlub olaraq, kubokdan kənar qalması diqqətçəkən olub. `Arsenal` isə doğma meydanda `Leeds`ə qalib gələ bilməyib. Qeyd edək ki, həm bu, həm də heç-heçə başa çatan digər bütün cütlərdə qalibi müəyyənləşdirmək üçün daha bir oyun keçiriləcək.
İkinci oyun gününə təsadüf edən qarşılaşmalardan birini erkən final kimi də dəyərləndirmək olardı. Çünki İngiltərənin ən titullu klubları - `Manchester United`lə `Liverpool` məhz bu mərhələdə üz-üzə gəliblər. Roy Hocsonun istefasından sonra onun yerinə gətirilən `Liverpool`un yeni çalışdırıcısı Kenni Dalqlişin debütü heç də uğurlu olmayıb. Premyer Liqanın cari mövsümündə sərgilədiyi oyunla azarkeşlərini üzən son ölkə çempionu `Chelsea` isə doğma meydanda bu mərhələnin ən fərqli qələbəsini qazanmaqla növbəti mərhələyə adlayıb.
İngiltərə FA Kuboku
3-cü mərhələ
8 yanvar
8 yanvar
Arsenal – Leeds – 1:1
Millwall – Birmingham – 1:4
Blackburn - Queens Park – 1:0
Bolton – York – 2:0
Brighton – Portsmouth – 3:1
Bristol – Sheffield – 0:3
Burnley - Port Vale – 4:2
Burton – Middlesbrough – 2:1
Coventry - Crystal Palace – 2:1
Doncaster – Wolverhampton – 2:2
Fulham – Peterborough – 6:2
Huddersfield – Dover – 2:0
Hull City – Wigan – 2:3
Lincoln – Hereford – 3:4
Norwich - Leyton Orient – 0:1
Preston North End – Nottingham – 1:2
Reading - West Bromwich – 1:0
Scunthorpe – Everton – 1:5
Sheffield Unidet - Aston Villa – 1:3
Southampton – Blackpool – 2:0
Stoke City - Cardiff City – 1:1
Sunderland - Notts County – 1:2
Swansea - Colchester – 4:0
Torquay – Carlisle – 1:0
Watford – Hartlepool – 4:1
West Ham – Barnsley – 2:0
Stevenage – Newcastle – 3:1
9 yanvar
Manchester United - Liverpool - 1:0
Tottenham - Charlton - 3:0
Chelsea - Ipswich - 7:0
Leicester City - Manchester City - 2:2
10 yanvar
Crawley - Derby County - 2:1
