9 yanvar 2011 12:09
Azərbaycan çempionunun bu günkü rəqibi də dəyişdirildi
Türkiyədəki təlim-məşq toplanışını davam etdirən son Azərbaycan çempionu `İnter`in hazırlıq planında daha bir dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bu gün keçirməli olduğu yoldaşlıq matçındakı rəqibi dəyişib.
Öncədən xəbər verildiyi kimi, `İnter` bu gün Türkiyənin `Altay` komandasıyla qarşılaşmalıydı. Lakin “bankirlər”in “Birlik Kuboku”na hazırlaşması baxımından komanda rəhbərliyi Qazaxıstanın yüksək liqasında mübarizə aparan `Taraz` komandasıyla yoldaşlıq matçının keçirilməsini daha məqsədəuyğun hesab etdi.
Oyun yerli vaxtla saat 17.00-da başlayacaq. Xatırladaq ki, yanvarın 7-də komanda ilk yoldaşlıq matçını Türkiyənin Superliqasında mübarizə aparan `Manisaspor`a qarşı keçirmiş və meydandan sülhlə (1:1) ayrılmışdı.
