9 yanvar 2011 12:22
Çin də Asiya Kuboku-2011-ə qələbəylə başladı
Qətərdə düzənlənən Asuya Kubokunda növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, qitə birinciliyinin ikinci oyun günündə A qrupunda qərarlaşan Küveyt və Çin yığmaları qarşı-qarşıya gəlib.
Matçın 35-ci dəqiqəsindən etibarən azlıqda mübarizə aparmaq məcburiyyətində qalan küveytlilər sonda məğlubiyyət acısını dadmalı olublar. 60-cı dəqiqədə Linpenq, bundan 6 dəqiqə sonra isə Denq Jounun qolu Çinə 2:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, turnirin açılış matçında məhz bu qrupda yer alan `Neftçi`nin hücumçusu Bahodir Nasimovun komandası Özbəkistan yığması meydan sahibləri Qətər üzərində 2:0 hesablı qələbəyə sevinmişdi.
