9 yanvar 2011 12:45

“XL-da olarkən `Neftçi` üzərində qələbə mənim üçün də xüsusi əhəmiyyət daşıyırdı”

Premyer Liqanın qış fasiləsini çempion kimi başa vuran `Neftçi`nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində qarşıdakı Türkiyə toplanışı və `Xəzər Lənkəran`la oyun barədə fikirlərini dilə gətirib.
 
- Siz bilirsiniz ki, Antalyaya `Xəzər Lənkəran`la eyni reyslə yollanacaqsız?
- Bu haqda xəbərim yox idi, yaxşı ki, dediniz. Ancaq burda ciddi nəsə görmürəm. Biz ötən il növbəti tur öncəsi də Gəncədə eyni oteldə məskunlaşmışdıq. Buna görə heç bir xoşagəlməz hadisə yaşanmamışdı.
 
- Əgər sirr deyilsə, bu komandanın üzvləriylə elə görüşlər zamanı nə danışırsız?
- Biz heç də tez-tez söhbətləşmək imkanı əldə etmirik. Ancaq görüşsək də belə, meydanda rəqibik. Həyatda isə hamımız dostuq.
 
- Təyyarədə yəqin ki, yeni ildəki ilk oyununuzdan da söhbət etmiş olacaqsız...
- Həmin görüş haqda heç nə danışmarıq. Emosiyalarımızı həmin oyuna saxlayaq.
 
- Kamran Ağayev həmişə qeyd edir ki, `Neftçi` üzərində qələbə onlara xüsusi özünəinam hissi verir...
- Sonra da sözünü təkzib edir. Mən Ağayevi yaxşı tanıyıram və təkrar edirəm ki, o, bu haqda mənə də bəzi şeylər söyləyib, lakin yaxşı mənada. Burda ciddi nəsə yoxdu. `Xəzər Lənkəran`da çıxış edərkən `Neftçi` üzərində qələbə mənim üçün də xüsusi əhəmiyyət daşıyırdı. Bu il bizim yollarımız hələ daha bir neçə dəfə rastlaşacaq. Ümid edirəm ki, maksimum nəticə toplaya biləcəyik.
 
- Qarşıdakı təlim-məşq toplanışından nə gözləyirsiz?
- Qarşıda bizi çətin mövsüm gözləyir. Bu hazırlıq prosesindən də çox şey asılıdı. Odu ki, güclü hazırlaşmalıyıq. Artıq Premyer Liqanın təsnifat mərhələsinin başa çatmasına cəmi 3 tur qalıb. Həmin oyunlardan maksimum xalla ayrılmaq istəyirik.
 
- `Neftçi` daha çox nə üzərində işləməlidi?
- Heyətimiz komplektləşib. Fiziki kondisiyalarımızı gücləndirməyimiz lazımdı. Həmçinin bir neçə yoldaşlıq görüşündə də gücümüzü sınamalıyıq.
 
- Hansı mövqelərin güclənməsinə ehtiyac var?
- Bu, artıq məşqçilər korpusunun işidi. Ancaq mənim fikrimcə, elə də ciddi bir problemimiz yoxdu. Hər halda iki yeni oyunçu bizə mane olmazdı. Qarşıda çoxlu oyunlar var və heç kim də zədədən sığortalanmayıb.

- Bununla `Neftçi` çempion ola bilər?
- Məncə, bəli.
 
- Araz Abdullayevin İngiltərənin `Everton` klubunda əsas heyətə düşmək, orda güclənmək şanslarını necə dəyərləndirərdiz?
- Bunun üçün onda kifayət qədər potensial var. Ümumiyyətlə məncə Azərbaycanda bir sıra futbolçular istənilən çempionatda lazımı şəkildə çıxış edə bilər. Araza gəlincə, o, `Everton`da güclənməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.