10 yanvar 2011 15:07
`Xəzər Lənkəran` da planlarını açıqladı
Qış təlim-məşq toplanışına Türkiyəyə yollanan `Xəzər Lənkəran` artıq Antalyadadır. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi bu gün səhər saat 05:25-də Premyer Liqamızın digər təmsilçisi `Neftçi` ilə bir təyyarədə qardaş ölkəyə yola düşüb.
Klubun legionerləri isə komandaya elə Antalyada qoşulacaqlar. Lənkəranlılar yanvarın 26-dək Türkiyədə hazırlıq keçəcək. Bu müddət ərzində `Xəzər Lənkəran` bir neçə yoldaşlıq oyunları keçirəcək. Bunlardan birincisi yanvarın 16-da Qazaxıstanın `Atırau` komandası ilə, digəri yanvarın 24-də Ukraynanın yüksək liqa təmsilçisi olan `Metallurq` (Zaporojye) klubu ilə olacaq. Bundan başqa komandamızın Belçika və Rumıniyanın yüksək liqa təmsilçiləri ilə də qarşılaşmaları nəzərdə tutulub.
