10 yanvar 2011 15:12
Rednik Türkiyəyə 3 futbolçuyla gəlir
`Xəzər Lənkəran`ın baş məşqçisi Mirça Rednik ölkəsindən olan 3 futbolçu üzərində seçimini qətiləşdirib. Azerisport.az xəbər verir ki, Rumıniya mətbuatı təcrübəli mütəxəssisin `Unirya`dan iki müdafiəçi - Andrey Mureşan və Nikolae Muşatla yanaşı `Otopeni`dən Adrian Skarlataçeinin də kayrerasını ölkəmizə gətirəcəyini yazır. Artıq onların Redniklə birgə cənub klubunun hazırlıqlarına yollandığı da iddia olunur. Qeyd edək ki, hər 3 futbolçunun 24 yaşı var.
