10 yanvar 2011 15:20
Tunc Afşar: Şefer `Bakı`da qalmaq istəyir
`Bakı`nın sabiq vitse-prezidenti Tunc Afşar Vinfrid Şeferin paytaxt təmsilçisindən gedişinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında türkiyəli mütəxəssis bunları vurğulayıb:
“Təəssüf ki, mən sizə bu haqda dəqiq bir məlumat verə bilməyəcəm, çünki artıq bu klubda çalışmıram. Ancaq dünən Şeferlə danışdım və ona vəziyyəti başa saldım. O, `Bakı`da qalmaq istəyir. Sadəcə indiki vəziyyətdə bu, mümkün deyil. Əgər `Bakı` yeni baş məşqçi dəvət edibsə, deməli Şefer getməlidi. O, bildirdi ki, klub prezidenti ilə müqavilənin detallarını bir daha müzakirə edəcək və əgər getməsini istəsələr, öz postundan ayrılacaq. Daha qarşıda necə olacağını bilmirəm. Ola bilər ki, Şefer başqa vəzisəfədə saxlanılsın. Hər şeyi zaman göstərəcək”.
