10 yanvar 2011 15:38

Hərbi komissarlıq Kamran Ağayevlə Əfran İsmayılovun yolunu gözləyir

Yeni ilin ilk günlərindən Azərbaycan futbolunu yeni həyəcan dalğası bürüyüb. Azerisport.az xəbər verir ki, bütün ölkə vətəndaşları kimi, əsgərlik yaşına çatmış futbolçularımız da hərbi xidmətə yollanmağa başlayıb.
 
Xəbər verdiyimiz kimi, artıq `Bakı`nın iki futbolçusu – Bəxtiyar Soltanovla Emin Cəfərquliyev vətənin keşiyini çəkməyə yollanıb. Lakin xeyli sayda başqa futbolçularımız da var ki, hələlik onların aqibətinin necə olacağı maraqla gözlənilir.
 
Bu mənada ilk növbədə Premyer Liqamızın lideri olan `Neftçi`nin heyətindəki gənc futbolçuları göstərmək olar. Paytaxt klubunda hərbi xidmətə yollanmayan 5 futbolçu var. Bunlar Rail Məlikov, Ruslan Abışov, Amit Quluzadə, Mirhüseyn Seyidov və Fərid Quliyevdi. Aydın məsələdi ki, bakılılar bu oyunçulardan heç birini, xüsusilə millinin də aparıcı üzvlərindən olan Rail Məlikovla Ruslan Abışovu hərbi xidmətə yola salmaq istəmir. Hansı ki, artıq bu oyunçuların hamısı komandayla birgə Türkiyədə toplanışda davam edir və əsgərliyə gedəcəkləri inandırıcı görünmür.
 
Ağdamın `Qarabağ` klubunun da aparıcı oyunçularından çağırışçılar var. Bunlar Maksim Medvedev, Elvin Məmmədov və Əfran İsmayılovdu. Halbuki, hər 3 futbolçu komandasının da, yığmamızın da aparıcı üzvlərindən hesab olunurlar. Hazıda isə komandayla birgə Türkiyədə toplanışdadılar.
 
`Xəzər Lənkəran`da da belə aparıcı futbolçular var. Cənub klubunun kapitanı olan qapıçı Kamran Ağayev və yarımmüdafiəçi Kamran Ağayevin yolunu gözləyirlər. Lakin millimizin 1 nömrəli qapıçısının hərbi xidmətə yollanması nə qədər başadüşülən olsa da, onun əsgərliyə gedəcəyi halda, hərbi xidmətdən sonrakı durumunun necə olacağı qaranlıq qalır.
 
Hərbi komissarlıqdan həmin oyunçularla bağlı vəziyyətə belə münasibət bildirirlər: “Əgər onlar hərbi xidmətdə olmayıblarsa, hər birini orduya cəlb etməyimiz mümkündü. Azərbaycan Respublikasında yaşayan hər bir kişi hərbi xidmətdə olmalıdı. Bu, idmançılara da, digər peşə sahiblərinə də, hər kəsə aiddi”.
 
Lakin bir daha qeyd edək ki, yuxarıda adlarını çəkdiyimiz futbolçulardan heç kimin hərbi xidmətə yollanacağı inandırıcı görünmür. Çünki onların hamısı hazırda komandalarıyla birgə Antalyada təlim-məşq toplanışındadılar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.