10 yanvar 2011 15:48
AZAL liderini `Bakı`ya buraxmaq istəmir
`Bakı` futbol klubu komandanın keçmiş müdafiəçisi Elvin Əliyevi yenidən düşərgəsinə qaytarmaq istəyir. Lakin azerisport.az xəbər verir ki, artıq Nazim Süleymanovun komandasında yerini möhkəmləndirən və əsas heyət üzvünə çevrilən təcrübəli müdafiəçinin “zolaqlılar”a qoşulması inandırıcı görünmür. Məsələ burasındadı ki, Nazim Süleymanov artıq komandanın liderlərindən olan Elvinin ən azı mövsümün sonunadək heyətdə qalmasını istəyir.
