10 yanvar 2011 15:55
“Kamranın hərbi xidmət məsələsini AFFA-yla birgə həll edəcəyik”
`Xəzər Lənkəran`ın vitse-prezidenti Tuyqun Nadirov komandanın aparıcı oyunçularından olan qapıçı Kamran Ağayevlə Rahid Əmirquliyevin hərbi xidmətə çağırılmasına münasibətini bildirib. O, Azerisport.az saytına açıqlamasında bunları dilə gətirib:
“Fikrimcə, yığmanın da şərəfini qoruyan futbolçulara bəzi güzəştlər olunmalıdı. Belə vacib anda, çempionatın qızğın vaxtında bu oyunçular bizə çox lazımdı. Ümid edirəm ki, AFFA rəhbərliyinin də yaxından köməyi sayəsində bu məsələni yoluna qoya biləcəyik”.
