10 yanvar 2011 16:12
Elxan Məmmədov: Milli üzvlərinin əsgərlik problemi həll olunub
AFFA-nın baş katibi milli komandamızın da şərəfini qoruyan bəzi futbolçuların hərbi xidmətə çağırılmasına münasibətini bildirib. Azerisport.az saytına açıqlamasında federasiya rəsmisi bildirib ki, onlarla bağlı heç bir ciddi problem yoxdu:
“Biz müvafiq orqanlarla bu məsələni müzakirə edib yoluna qoymuşuq və bütün bu suallara aydınlıq gəlib”.
