10 yanvar 2011 16:50

Starkov: `Bakı`ya latviyalı futbolçular da aparacağam

`Bakı`nın baş məşqçisi olacaq Aleksandr Starkov ölkəsindən olan jurnalistlərə müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
 
- Belə başa düşdük ki, isti diyara gedişiniz dəqiqləşib və siz Latviyanı tərk edirsiz...
- Bəli. Demək olar ki, mənim `Bakı`ya keçidim tam həllini tapıb. Azərbaycan klubunun sabiq baş məşqçisi, məşhur almaniyalı mütəxəssis Vinfrid Şefer istefaya göndərilib. Yeri gəlmişkən, mən qərarımı birdən-birə verməmişəm. Hələ ötən il `Bakı` rəhbərliyi ilə ilkin danışıqlar aparmışam. İndi isə məsələyə tam aydınlıq gəlib.
 
- Bizim qurbağa bataqlığında dombalaq aşmaq sizi bezdirdi?
- Dərhal bildirim ki, mən heç yerdə belə deməmişəm və heç vaxt da deməyəcəyəm. Mən Latviya çempionatına hörmətlə yanaşıram. Hazırda `Skonto`da olduğu  kimi, gənclərlə işləmək həmişə mənim üçün maraqlı olub. Üstəlik, onlar inkişaf edirlər. Əks halda, heç bir çempionluq haqda söhbət gedə bilməzdi.
 
- Bakıya tək gedirsiniz?
- Xeyr. Moskva `Spartak`ında birgə işlədiyim İqor Klesov yeni klubumda da mənə kömək etməyə razılıq verdi.
 
- Latviyalı futbolçuları da özünüzlə aparacaqsınız?
- Belə variant istisna deyil. Axı sirr deyil ki, Azərbaycanda ilk növbədə maliyyə şərtləri bizdəkindən çox yaxşıdı. Gənclər isə perspektiv görməlidir. Əks halda, öz yerində sayacaqlar.
 
- Artıq yeni komanda haqda təsəvvürünüz var? Onu iş başında görmüsünüz?
- Canlı görməsəm də, bir neçə oyununun videoyazısına baxmışam. Futbolçularla qarşıdakı günlərdə tanış olacağam. Yeri gəlmişkən, komandada müqavilə ilə 16 legioner var. Hazırda Azərbaycan çempionatında fasilədi. Mən komandanı ilk oyuna fevralın 12-də çıxarmalıyam. Həmin oyunlar həlledici olacaq. Çünki `Bakı`nı ilk “alılığ”a düşmək üçün ciddi və ağır mübarizə gözləyir. Sonra da final mərhələsində mükafatlar, eləcə də son illər Azərbaycan klublarının pis nəticələr əldə etmədiyi Avropa kuboklarına vəsiqə uğrunda oyunlar olacaq.
 
- Latviya yığmasının baş məşqçi postunda qalacaqsınız?
- Bəli, qalıram. Bakıya gəlişimdə bu, mənim əsas şərtlərimdən biri idi. Razıyam, çətin olacaq. Amma mənim Latviya yığmasında kifayət qədər güclü məşqçi heyətim var. Birgə səylərimizlə işimizin öhdəsindən gələcəyimizə inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.