10 yanvar 2011 17:01
`Qarabağ` Türkiyədə ilk məşqinə çıxdı (FOTOLAR)
`Qarabağ` Türkiyənin Antalya şəhərində təşkil olunan hazırlıq prosesi çərçivəsində artıq məşqlərə start verib. Azerisport.az xəbər verir ki, 28 gün ərzində qardaş ölkədə təlim-məşq toplanışı keçəcək Ağdam təmsilçisi məskunlaşdığ `İC Santai` otelində bu gün ilk məşqinə çıxıb.
Komandanın ilk məşqi yerli vaxtla 10:30-da baş tutub. Dünən gecə komandaya qoşulan Ansi Aqolli, Georgi Adamiya, Andrey Rubinsin də iştirak etdiyi məşqdə yalnız bu gün düşərgəyə təşrif buyuracaq Admir Telinin yoxluğu diqqət çəkib. Albaniyalıdan başqa bütün futbolçuların iştirak etdiyi məşqdən öncə baş məşqçi Qurban Qurbanov futbolçularla qısaca söhbət etdi. Futbolçulara bu təlim-məşq toplanışının vacibliyini vurğulayan çalışdırıcı yaxşı çalışmağın vacibliyini vurğuladı. Ardınca futbolçular fiziki hazırlığa cavaabdeh olan Çudomir Çakarovun nəzarəti altında bir müddət fiziki təmrinlər yerinə yetiriblər.
