10 yanvar 2011 18:58
Rəşad Sadıqov`Werder`ə qarşı 25 dəqiqə oynadı, komandası qalib gəldi (YENİLƏNİB)
Bu gün Rəşad Sadıqovun komandası Superliqanın ikinci dövrəsinə hazırlıq prosesi çərçivəsində Almaniyanın `Werder` klubuyla yoldaşlıq görüşü keçirib. Azerisport.az xəbər verir ki, Antalyada keçirilən qarşılaşmada həmyerlimizin komandası 3:1 hesabıyla qələbə qazanıb.
Lakin baş məşqçi Bülənt Uyğun bu görüşdə həmyerlimizə start heyətində yer verrməyib. Rəşad yalnız 65-ci dəqiqədə Dieqonun əvəzində meydana çıxıb və sonadək meydanda olub. Qeyd edək ki, bundan öncəki sınaq matçında – Almaniyanın `Erqsebirge` klubuyla oyunda (2:1) millimizin kapitanı 90 dəqiqə meydanda olmuşdu.
Eskişehirspor - Werder – 3:1 (2-ci hissə)
Qollar: Öztürk, 18, Zengin, 21, Eser, 60 - Pizarro, 90.
