10 yanvar 2011 18:29
Maradona: İngiltərə Premyer Liqasına gedirəm
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona İngiltərə Premyer Liqasında çıxış edən klublardan birinin sükanı arxasına keçir. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı tanınmış veteran futbolçu, hazırda məşqçi kimi fəaliyyətini davam etdirən Maradona özü deyib.
Onun sözlərinə görə, yaxın 6 ay içində Premyer Liqa klublarından bir neçəsinin təklifini müzakirə edəcək və yekun qərarını da bu müddət içində açıqlaycaq. Lakin ona dəvət göndərən klubların hansılar olduğu barədə dəqiq bir söz söyləməyib.
