10 yanvar 2011 18:34

Elxan Abdullayev: Qarşımıza XL-nı məğlub etmək vəzifəsi qoyulmayıb

Məlum olduğu kimi, Qazaxıstanın `Atırau` klubundakı köməkçilərindən biri də vaxtilə `İnter`də və milli komandamızda çalışan Elxan Abdullayevdi. Azerisport.az saytına müsahibəsində o, bir çox maraqlı məqamlara aydınlıq gətirib:
 
- Qazaxıstan klubuna keçidiniz necə baş tutdu?
- Yeni İldən öncə Ramiz Məmmədov mənə zəng etdi və birgə işləməyi təklif etdi. Mən də razılaşdım.
 
- Dəvəti dərhal qəbul etdiniz?
- Mən heç vaxt tələsik qərar vermirəm. Əlbəttə ki, bütün mənfi və müsbət cəhətlərini götür-qoy etdikdən sonra ona razılığımı verdim.
 
- Komanda necədi?
- Çox mehriban kollektivdi. Həm məşqçilər korpusu, həm də futbolçu heyəti ilə dərhal münasibət qura bildim.
 
- Klub rəhbərliyi qarşınıza hansı vəzifəni qoyub?
- Yüksək, çünki özgə cür klub rəhbərliyi heç vaxt bu vəzifəyə gətirməzdi.
 
- Bəs bir qədər də dəqiqləşdirsək?
- Ötən mövsüm bu komanda ölkə kubokunu qazanıb və çempionatda 5-ci yeri tutub. Bizim əsas vəzifəmiz avrokuboklara vəsiqə qazanmaqdı.
 
- Artıq müqavilə imzalamısız?
- Mən hələlik müqaviləyə imza atmamışam. Ancaq bütün şərtləri razılaşdırmışıq. Sadəcə hələlik Qazaxıstanda olmamışıq. Bu vaxtlarda orda çox soyuqdu və hazırlıq keçmək üçün heç bir şərait yoxdu. Odu ki, komandaya elə Antalyadakı hazırlıq prosesində qoşulmuşam.
 
- Yeri gəlmişkən, müqavilənizin şərtləri sizi tam qane edirmi?
- Ramiz Məmmədovun baş məşqçi kimi bağladığı müqavilənin şərtlərindən xəbərim yoxdu. Mən də ambisiyalı insanam. Uzun illər klubda baş məşqçi işləmişəm. Ancaq burda əsas rolu daha çox Ramiz Məmmədov oynаyır. Hansı ki, ona böyük simpatiyam var. Mən çox istəyirəm ki, o, burda uğur qazansın. Mən də bu yolda əlimdən gələni hər şeyi edəcəm.
 
- Yanvarın 16-da `Xəzər Lənkəran`la yoldaşlıq oyunu keçirmək ideyası kimdən çıxdı?
- Bütün oyunlarımızın planlarını və rəqiblərimizin seçimini baş məşqçi həyata keçirir.
 
- Azərbaycan klubuna qarşı oyuna çıxmaq hansı hisslər doğuracaq?
- Bizim qarşımızda elə bir vəzifə yoxdu ki, bu komandanı məğlub edək. Əsas vəzifə heyətimizi komplektləşdirməkdi. Çoxlu futbolçu komandanın sıralarını tərk edib və biz indi yeni komanda formalaşdırmağa çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.