10 yanvar 2011 23:21
`Qızıl Top` Lionel Messiyə qismət oldu
FIFA və “France Football” nəşri tərəfindən təsis olunan 2010-cu ilin “Qızıl Top”unun sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən ilin ən güclü futbolçusu seçilən İspaniyanın `Barcelona` klubunun şərəfini qoruyan Lionel Messi “Qızıl Top”un yeni sahibi olub. Halbuki, böyük əksəriyyət ötən il dünya çempionluğunu qazanan və son üçlüyə qalan İspaniya millisinin üzvləri Xavi Ernandeslə Andreas İnyestanı daha şanslı hesab edənlər vardı.
Lakin 2007-ci ildə üçüncü, 2008-ci ildə ikinci olan Messi nəhayət 201-cu ilin nəticələrinə görə `Barcelona`dakı komanda yoldaşlarını qabaqlayaraq, ən yaxşı adına sahib çıxıb.
1995-ci ilə qədər sadəcə Avropalı oyunçulara verilən, bu tarixdən etibarən isə digər qitələrdən olan oyunçulara da verilməyə başlayan `Qızıl Top` mükafatını 2007-də Kaka, 2005-dəe Ronaldinyo, 1999-da Rivaldo, 1997 və 2002-də Ronaldo ilə qazanan Braziliya ve həmin dəyişikliyin gerçəkləşdiyi il Corc Wea ilə Liberiya istisna olmaqla, ilk dəfə bir Argentinalı oyunçu qazanmış oldu.
“Qızıl Top”u bu ana qədər 7 `Barcelona`lı futbolçu qazandı. 1960-cı ildə Luis Suares, 1973 və 1974-cü illərdə Yohan Kroyf, 1994-də Xristo Stoiçkov, 1999-da Rivaldo, 2005-də Ronaldinyo və 2010-da Lionel Messi bu qüruru yaşayan `Barcelona`lı futbolçular oldu.
Qadınlarda isə `Qızıl Top` mükafatı yenə son 4 ildəki sahibi Braziliyalı superulduz Marta Martaya nəsib olub.
