10 yanvar 2011 23:28
`Feyenoord`un kapitanı `Qarabağ`da
`Qarabağ` Antalya toplanışı çərçivəsindəki bir gününü başa vurub. Azerisport.az xəbər berir ki, komanda ilk çalışma günündə 2 məşqlə kifayətlənib.
Günün 2-ci çalışması yerli vaxtla 16:30-da baş tutub. Təxminən 1 saat 45 dəqiqə davan edən məşq yüksək əhval-ruhiyyədə keçib. Sadəcə Rəşad Kərimovun komandadan ayrı olaraq çalışdığı məşqdə futbolçuların istəkli olması nəzərlərdən qaçmayıb. Qaçışdan sonra toplu fərqli təmrinlər həyata keçirən komandamızda bir futbolçu baxışa gəlib.
Bu, Hollandiyanın `Feyenoord` klubunun əvəzedici heyətinin kapitanı Süleyman Rahatdı. Ön xətt oyunçusu 1991-ci il təvəllüdlüdür. Onun haqqında yaxın günlərdə qərar veriləcək. Sabaha isə komandanın 1 məşqi nəzərdə tutulub. Günün tək çalışması 10:30-da baş tutacaq.
